Audit - Certifica.az

SWOT təhlil
SWOT təhlil – müəssisənin güclü (Strengths) və zəif (Weaknesses) tərəflərini, eləcə də imkanlar (Opportunities) və təhdidlər (Threats) faktorlarını müəyyən etmək üçün aparılan kompleks analitik təhlil növüdür.

Certifica MMC tərəfindən həyata keçirilən SWOT təhlili idarəetmə sisteminin, təşkilati strukturun və biznes proseslərin real vəziyyətini strateji baxımdan qiymətləndirməyə imkan verir. Bu təhlil nəticəsində müəssisənin daxili potensialı, bazar mövqeyi, risklər və inkişaf istiqamətləri aydın şəkildə müəyyən olunur.

SWOT təhlili həm müstəqil audit xidməti kimi, həm də digər audit növləri (daxili, qiymətləndirmə və s. auditi) çərçivəsində aparıla bilər.

Xidmətin üstünlüyü – müəssisəyə strateji planlaşdırma prosesində əsaslı qərarlar qəbul etməyə, resursları düzgün yönləndirməyə və idarəetmə sisteminin dayanıqlığını gücləndirməyə imkan verir.

Hər hansı meyar əsasında audit
Hər hansı meyar əsasında audit – sifarişçinin müəyyən etdiyi istənilən meyar, tələblər və ya göstəricilər (məsələn, korporativ siyasət, müqavilə şərtləri, istehsal və xidmət prosesi, risk və performans göstəriciləri, daxili qaydalar və s.) üzrə idarəetmə sisteminin/müəssisə fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Bu audit növü standart ISO tələbləri ilə məhdudlaşmır və sifarişçinin spesifik ehtiyaclarına uyğunlaşdırılır. Certifica MMC bu xidməti həyata keçirərkən müştərinin prioritetlərini, strateji məqsədlərini və sair xüsusiyyətlərini nəzərə alaraq fərdi audit proqramı tərtib edir.

Audit nəticəsində müəssisənin seçilmiş meyarlara uyğunluq səviyyəsi, risklər və təkmilləşdirmə istiqamətləri barədə ətraflı hesabat təqdim olunur.

Xidmətin üstünlüyü – sifarişçiyə konkret fəaliyyət sahəsində real vəziyyəti qiymətləndirmək, performansı artırmaq, qərarvermə prosesini təkmilləşdirmək və resursları daha səmərəli idarə etmək imkanı verir.

Transfer auditi
Transfer auditi – müəssisənin mövcud sertifikatının bir sertifikatlaşdırma orqanından digərinə keçidi zamanı keçirilən auditdir. Bu auditin əsas məqsədi müəssisənin idarəetmə sisteminin müvafiq ISO standartlarının tələblərinə uyğunluğunun və etibarlılığının davamlı təmin edilməsidir.

Audit zamanı əvvəlki sertifikatlaşdırma orqanının audit hesabatları, uyğunsuzluqların aradan qaldırılması sübutları, idarəetmə sisteminin aktual vəziyyəti və risklərin idarə olunma səviyyəsi nəzərə alınır.

Bu xidmət müəssisələrə yeni sertifikatlaşdırma orqanına keçid zamanı fəaliyyətin dayanmadan davam etməsini, mövcud sertifikatın qüvvədə qalmasını və əlavə xərclərin qarşısının alınmasını təmin edir.

Xidmətin üstünlüyü – müəssisə üçün idarəetmə sisteminin fasiləsizliyinə zəmanət verir, beynəlxalq etibarlılığın qorunmasına və sertifikatın qüvvədən düşmə riskinin qarşısının alınmasına şərait yaradır.

Qiymətləndirmə auditi
Qiymətləndirmə auditi – müəssisənin idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə və qanunvericiliyə uyğunluq səviyyəsini müəyyən etmək üçün keçirilir. Bu audit adətən sertifikatlaşdırma prosesinə hazırlıq mərhələsində aparılır. Qiymətləndirmə nəticəsində müəssisənin idarəetmə sistemi sənədləşməsi, vacib qeydlər, müvafiq standartın (Məsələn,Korrupsiya İlə Mübarizə İdarəetmə Sistemi - IS0 37001:2025 , Biznesin Davamlılığını İdarəetmə Sistemi - ISO 22301:2019 və s.) tələblərinə riayət edilmə dərəcəsi müəyyən edilir, boşluqlar aşkarlanır və onların aradan qaldırılması üçün müəssisə imkan əldə edir. Certifica MMC-nin beynəlxalq auditorları bu prosesdə müəssisələrə sertifikatlaşma öncəsi kompleks audit xidmətləri göstərə, ilkin və sertifikatlaşma auditləri zamanı müəssisəni təmsil edə bilər. Xidmətin üstünlüyü sifarişçiyə bütün riskləri minimuma endirərək sertifikatlaşma auditini inamla keçməyə kömək edə bilər.

Certifica MMC hər bir audit prosesini obyektivlik, müstəqillik və konfidensiallıq prinsiplərinə əsaslanaraq həyata keçirir. Audit nəticələri müəssisələrə idarəetmə sistemlərini təkmilləşdirmək, səmərəliliyi artırmaq və beynəlxalq səviyyədə etibarlılıqlarını gücləndirmək imkanı yaradır.

Təchizatçıların auditi
Təchizatçıların auditi – müəssisənin təchizatçılarının, podratçılarının və tərəfdaşların fəaliyyətinin beynəlxalq standartlara, qanunvericiliyə, müqavilə öhdəliklərinə və hüquqi tələblərə uyğunluğunu qiymətləndirmək üçün aparılır. Təchizatçı auditi, yaxud maraqlı tərəf auditi müəssisənin tədarük zəncirində etibarlılıq, keyfiyyət və uyğunluğunun təmin olunması məqsədilə həyata keçirilir.

Bu tip auditlər, xüsusilə ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi), ISO 14001:2015 (Ekoloji İdarəetmə Sistemi), ISO 45001:2018 (Peşə Sağlamlığı və Təhlükəsizliyini İdarəetmə Sistemi), ISO 22000:2018 (Qida Təhlükəsizliyini İdarəetmə Sistemi) və ISO 28000:2022 (Təhlükəsizlik və Dayanıqlıq - Təhlükəsizliyi İdarəetmə Sistemi) standartları çərçivəsində geniş tətbiq olunur. Certifica MMC tərəfindən həyata keçirilən təchizatçı auditləri müəssisələrə riskləri vaxtında aşkarlamaq, keyfiyyət göstəricilərini sabit saxlamaq və təchizat zəncirinin etibarlılığını artırmağa imkanı verir.

Bizim xidmətlərimizdən istifadə edərək təchizatçınızı düzgün qiymətləndirməklə risklərinizi azalda, keyfiyyətə nəzarəti gücləndirə, müştəri məmnuniyyətini artıra, davamlı təkmilləşdirmə üçün perspektivləri müəyyən edə, qanunvericilik, müvafiq standart, müştəri tələblərinə uyğunluq səviyyəsini qiymətləndirə, eləcə də əməkdaşlıqda şəffaflıq və məsuliyyətliliyi təmin edə bilərsiniz. Xidmətin üstünlüyü sifarişçi və təchizatçı arasında etimad və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaranmasına dəstək olur, düzgün qərarların verilməsinə ikman yaradır.

Daxili audit
Daxili audit – sifarişçinin müəssisəsində idarəetmə sisteminin ISO standartlarının, siyasət və prosedurların, sair normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək üçün keçirilir. ISO 19011 (İdarəetmə Sistemlərinin Auditi Üzrə Rəhbər Göstərişlər) standartı əsasında həyata keçirilən bu audit təşkilatın fəaliyyətindəki riskləri, uyğunsuzluqları və inkişaf ehtiyaclarını müəyyən etməyə imkan verir, proseslərin vəziyyəti barədə nəticə formalaşdırır.

Certifica MMC sifarişçinin müəssisəsində daxili auditlərin planlaşdırılması, həyata keçirilməsi və müvafiq hesabatların tərtib edilməsində peşəkar dəstək göstərir. Bununla yanaşı başqa daxili audit prosesini Certifica MMC-yə outsorsinq xidməti formasında transfer etməklə müəssisələr insan resursları, əmək haqqı xərcləri, təlim xərcləri, vaxt itkisi, sair resurs xərclərinə qənaət edərək daha aşağı xərclərlə keyfiyyətli audit nəticələri əldə edə, gözlənilən qarşı tərəf auditinə (ikinci (təchizatçı/maraqlı tərəf auditi) və üçüncü (sertifikatlaşma qurumu tərəfindən gözlənilən illik qiymətləndirmə auditi) tərəf auditi) daha hazırlıqlı və əmin şəkildə başlaya bilərlər. Xidmətin üstünlüyü minimal xərclərlə maksimum əminlik əldə edilir.